Emre Belözoğlu istefaya göndərildi
“Antalyaspor”da baş məşqçi dəyişikliyi baş verib. Komandanın baş məşqçisi Emre Belözoğlu vəzifəsindən ayrılıb.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Mənbənin məlumatına görə, 45 yaşlı mütəxəssis istefa ərizəsini klub rəhbərliyinə təqdim edib.
Qeyd edək ki, Emre Belözoğlu bu ilin yanvar ayında “Antalyaspor”un baş məşqçisi təyin olunmuşdu.












