Emin Mahmudova yubiley hədiyyəsi

Emin Mahmudova yubiley hədiyyəsi

Azərbaycan Premyer Liqasının XXVI turunun “Neftçi” – “Turan-Tovuz” matçından əvvəl Emin Mahmudova xatirə hədiyyəsi təqdim edib. Kapitan ötən turda 200-cü dəfə komandanın formasını geyinməklə rekorda imza atıb.

Emin Azərbaycan çempionatları tarixində “ağ-qara” formada 200 matç keçirən ilk oyunçudur. Yarımmüdafiəçi Premyer Liqadakı oyun sayında komandasının rekordçusudur. Xatirə hədiyyəsini Mahmudova klubun baş icraçı direktoru Cenk Sümer təqdim edib.

Qeyd edək ki, ölkəmizdə yalnız “Neftçi”nin formasını geyinən yarımmüdafiəçi 43 qola imza atıb.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi”dən vacib xal itkisi

Növbəti yazı

“Liverpul”da yeni müqavilə