Emin Mahmudov: “İsveçdəki ağır məğlubiyyətin əvəzini çıxmaq istəyirik”

Emin Mahmudov: “İsveçdəki ağır məğlubiyyətin əvəzini çıxmaq istəyirik”

Azərbaycan millisi sabah AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində son ev oyununu keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsveç oyunu öncəsi təşkil olunmuş mətbuat konfransında kapitan Emin Mahmudov görüş barədə fikirlərini açıqlayıb:

“Yaxşı komandaya qarşı oynayacağıq. Rəqibin heyətində keyfiyyətli oyunçular çoxdur. Onlara mane olmağa çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu oyun göstərək.

Hər matça qələbə üçün çıxırıq. Amma çətin rəqiblərə qarşı oynadığımızı da bilirik. Rəqibimiz güclü olsa da, yaxşı nəticə qazanmağa çalışacağıq. İlk oyundakı məğlubiyyət bizə pis təsir etmişdi. Çünki ilk 60 dəqiqədə top bizdə idi, hücumlar qurmağa çalışırdıq. İsveçdəki ağır məğlubiyyətin əvəzini çıxmaq istəyirik”.

ETOPAZ

Əvvəlki yazı

Canni de Byazi: “Sabah hamıdan qol gözləyirəm”

Növbəti yazı

19 xallıq fərq