Emin Mahmudov: “Çalışacağıq ki, öz oyunumuzu göstərək”
Sabah millimiz yoxlama matçına çıxacaq. Rəqib İordaniya seçməsi olacaq.
Oyundan öncə yığmamızın kapitanı Emin Mahmudov mətbuat konfransında iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:
“Baş məşqçinin də dediyi kimi oyuna ciddi hazırlaşırıq. Yoldaşlıq oyunu olsa belə, məqsədimiz oktyabr ayındakı oyunlarda bir-birimizi daha yaxşı başa düşməkdir. Onun üçün də hazırlaşırıq. Bu oyun da bizə kömək etməlidir. Sabah qalib gəlmək istəyirik. Yaxşı komandaya qarşı oynayırıq. Rəqibin sürəlti əks-hücumları var. Çalışacağıq ki, öz oyunumuzu göstərək”.