Emin Cəfərova növbəti təyinat
AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb. O, Avropa Liqasının III təsnifat mərhələsinin oyununda UEFA nümayəndəsi olacaq.
Cəfərov “Boraç” (Bosniya və Herseqovina) – “Klaksvik” (Farer adaları) görüşünə təyin olunub. Görüş avqustun 15-də Banya Luka şəhərində yerləşən “Qradski” stadionunda baş tutacaq.
Qeyd edək ki, “Boraç” – “Klaksvik” matçını bolqarıstanlı baş hakim Georgi Kabakov idarə edəcək.