Emeridən uğurlu debüt

Emeridən uğurlu debüt

Unai Emeri “Aston Villa”da debüt edib. İspaniyalı mütəxəssisin yetirmələri “Mançester Yunayted”lə görüşüb.

Birminhem təmsilçisi bu matçda 3:1 hesablı qələbə qazanıb. Emeri Premyer Liqa tarixinə debütündə “qırmızı şeytanlar”a qalıb gələn 4-cü baş məşqçi olub.

Onadək yalnız üç mütəxəssis bunu bacarıb. Deyb Bassett 1992-ci ildə “Şeffild Yunayted”də, Joze Mourinyo 2004-cü ildə “Çelsi”də, Alan Kerbişli 2006-cı ildə “Vest Hem”də belə debütə sevinib.

ETOPAZ

Əvvəlki yazı

Mitçelldən 33 xal

Növbəti yazı

Alkaras zirvədə qaldı, Rune “Top-10”da