Emeri ən yaxşı adına layiq görüldü
İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı baş məşqçisi bəlli olub. Bu ada “Aston Villa”ya rəhbərlik edən Unay Emeri layiq görülüb.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
İspaniyalı mütəxəssisin komandası dekabrda ölkə çempionatında keçirdiyi 5 oyunun hamısında qalib gəlib.












