Embiiddən ilk

Embiiddən ilk

NBA-da ayın basketbolçuları bəlli olub. Nikola Yokiç (“Denver”) və Coel Embiid (“Filadelfiya”) yanvarın ən yaxşı oyunçuları seçilib.

Qərb konfransının ən yaxşısı olan Yokiç yanvarda 26,6 xal, 13,3 ribaund, 9 ötürmə, 1,4 topalma və 0,7 blok-şota imza atıb. Onun komandası 16 görüşdə 11 dəfə qalib gəlib.

Şərq konfransında hamıdan yaxşı olan Coel 34,0 xal, 10,8 ribaund, 5,1 ötürmə, 0,5 topalma və 1,5 blok-şot müəllifidir. Onun komandası 15 görüşdə 12 dəfə qələbə qazanıb. Embiid “Filadelfiya” tarixidə ilk oyunçudur ki, ardıcıl iki ay ən yaxşı seçilir.

e-Topaz

Əvvəlki yazı

“Barselona”nın Brozoviç planı

Növbəti yazı

Federasiya prezidenti müəyyənləşdi