Embiiddən 31 xal, ardıcıl 6-cı qələbə
“Filadelfiya” NBA-da ardıcıl 6-cı qələbəsini qazanıb. “Siksers” “San-Antonio”nu 119:100 hesabı ilə məğlub edib.
Mərkəz oyunçusu Coel Embiid bu qarşılaşmada 31 xal, 12 ribaund və 7 ötürməyə imza atıb. O, son 6 oyunun hamısında 30 və daha çox xal toplayıb.
Filadelfiya təmsilçisi 38 oyunda 22 qələbə qazanıb. Komanda Şərq konfransının turnir cədvəlində 5-ci pillədə yer alıb.