Elvin Cəfərquliyev: “Rəqibi analiz etmişik”
Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Ukrayna ilə üz-üzə gələcək. Yığmamızın müdafiəçisi Elvin Cəfərquliyev oyundan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
“Sabah çox yaxşı komandaya qarşı oynayacağıq. Müəyyən təlimatları almışıq, rəqibi analiz etmişik. Çox vaxtımız yox idi ki, bu oyuna hazırlaşaq. Amma sabahkı matça komanda olaraq yaxşı hazırlaşıb, tam konsentarsiya olub, maksimum nəticə nədirsə, onun üçün çalışacağıq”.












