Elvin Cəfərquliyev: “Oyunun mahiyyətini bilirik”
“Qarabağ” UEFA Çempionlar Liqasında növbəti matçına çıxacaq. Komandamız “Çelsi”ni qəbul edəcək.
Oyundan öncə ağdamlıların futbolçusu Elvin Cəfərquliyev mətbuat konfransında iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:
“Böyük komandaya qarşı oynayacağıq, bunun fərqindəyik. Sabah matçda inamlı, mübariz, səbirli olmalıyıq. Bilirik ki, oyunun mahiyyəti nədir. Bütün Azərbaycanın gözü bizdə olacaq. Rahat oynamalıyıq. Rəqibin müsbət və mənfi tərəflərini bilirik. Bir səhvlə hər şeyi həll edə bilərlər. Komanda olaraq oyuna hazırıq”.












