Elvin Cəfərquliyev: “Azarkeşlərimizi sevindirmək istəyirik”

Elvin Cəfərquliyev: “Azarkeşlərimizi sevindirmək istəyirik”

UEFA Avropa Liqasında “Qarabağ” növbəti matçına çıxacaq. Komanda FKSB-ni qəbul edəcək.

Matçdan öncə Ağdam klubunun futbolçusu Elvin Cəfərquliyev mətbuat konfransında iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:

“Bir qədər həyəcanlıyam. Bunun üçün üzrlü sayarsız. “Qarabağ”ın futbolçusu kimi ilk dəfədir mətbuat konfransına çıxıram. Sabahkı oyuna hazırlaşmışıq, rəqibi tanıyırıq. Məşqçilərimizdən təlimatlarımızı almışıq. Azarkeşlərimizin qarşısında oynayırıq. Onları sevindirmək istəyirik. Qələbə üçün çalışacağıq”.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov: “Vacib qələbə əldə etmək istəyirik”

Növbəti yazı

“Sabah” Elvin Camalovla vidalaşdı