Elvin Bədəlov: “Oyuna hazırıq”
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində millimiz Bakıda Fransa ilə qarşılaşacaq. Matç sabah keçiriləcək.
Oyunöncəsi mətbuat konfransında yığmamızın futbolçusu Elvin Bədəlov iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:
“Bildiyiniz kimi, sonuncu ev oyunumuzdur. Bilirik ki, Fransa millisi güclü rəqibdir. Amma oyuna hazırıq. İnanıram ki, sabah azarkeşlərimizin dəstəyi ilə yaxşı oyun göstərəcəyik. Nəticə qazana biləcəyimizə də inanırıq”.













