Elmar Baxşıyevin köməkçiləri bəlli oldu
“Araz-Naxçıvan”ın məşqçilər korpusu açıqlanıb. Bu barədə klubun mətbuat xidməti paylaşım edib.
Baş məşqçi Elmar Baxşıyevin köməkçiləri ilə yeni müqavilə imzalanıb.
Rasim Ramaldanov, Ramiz Kərimov, Əfran İsmayılov və Todor Terziev daha 1 il Premyer Liqanın gümüş medalçısının məşqçilər heyətində yer alacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” daha öncə Elmar Baxşıyevlə də anlaşmanı 1 illik uzadıb.












