Əliyar Ağayev ÇL matçında

Əliyar Ağayev ÇL matçında

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının qrup mərhələsində oyuna təyinat alıb. Sentyabrın 18-də Danimarkada keçiriləcək “Kopenhagen” – “Bayer” matçını o idarə edəcək.

Beynəlxalq dərəcəli hakimin köməkçiləri kimi Zeynal Zeynalov və Akif Əmirəli fəaliyyət göstərəcək. Görüşün dördüncü hakimi Elçin Məsiyev olacaq.

Qeyd edək ki, qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 20:45-də çalınacaq.

ETOPAZ

Əvvəlki yazı

“Panatinaikos”un baş məşqçisi istefa verdi

Növbəti yazı

Renan Lodi Türkiyə yolunda