Əliyar Ağayev ÇL matçında

Əliyar Ağayev ÇL matçında

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. Ə.Ağayev UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Slaviya” (Çexiya) – “Arsenal” (İngiltərə) matçının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Niderlandlı Rob Dieperink VAR, onun həmyerlisi Jeroen  Manşot isə AVAR kimi fəaliyyət göstərəcək.

Qarşılaşma noyabrın 4-də Praqadakı “Eden Arena”da keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

”Sumqayıt”dan əzmkar qalibiyyət

Növbəti yazı

“Sabah”dan inamlı qələbə