Əliyar Ağayev Avropa Liqası matçında

Əliyar Ağayev Avropa Liqası matçında

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Ağayev UEFA Avropa Liqasında Liqa mərhələsinin “Brann” (Norveç) – “Utrext” (Niderland) matçının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Macarıstanlı Tomaş Baqnar VAR, Ferens Karako isə AVAR kimi fəaliyyət göstərəcək.

Qarşılaşma oktyabrın 2-də Bergen şəhərindəki “Brann” stadionunda keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Qlasner “Yunayted” yolunda

Növbəti yazı

Vlahoviç “Bavariya”nın hədəfində