Əliyar Ağayevə növbəti təyinat

Əliyar Ağayevə növbəti təyinat

FIFA referisi Əliyar Ağayev növbəti dəfə təyinat alıb. O, DÇ-2026-nın seçmə mərhələsinin K qrupu çərçivəsində keçiriləcək Serbiya – Andorra qarşılaşmasının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Matçın VAR hakimləri italiyalı Canluka Aureliano və Valerio Marini olacaqlar.

İyunun 10-da Leskovaç şəhərində yerləşən “Duboçica” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Tuxeldən tarixi nəticə

Növbəti yazı

“Bavariya” PSJ-dən 50 milyon istəyir