Elçin Məsiyev Konfrans Liqası matçında

Elçin Məsiyev Konfrans Liqası matçında

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb. Bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

O, UEFA Konfrans Liqasının Liqa mərhələsinin I turu çərçivəsində keçiriləcək “Boraç” (Bosniya və Herseqovina) – “Panatinaikos” (Yunanıstan) oyununun baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İnqilab Məmmədov və fransalı Beniot Millot olacaq.

Oktyabrın 3-də Banya-Luka şəhərinin eyniadlı stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

“Bayer” “Milan”a, “Arsenal” PSJ-yə qarşı

Növbəti yazı

“Kayserispor”da ayrılıq