Elçin Məsiyev “ÇFR Kluj” – “Braqa” oyununda

Elçin Məsiyev “ÇFR Kluj” – “Braqa” oyununda

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb. O, UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “ÇFR Kluj” (Rumıniya) – “Braqa” (Portuqaliya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. İspaniyalı Sezar Soto Qrado VAR, Alexandro Munyis Ruiz isə AVAR kimi fəaliyyət göstərəcək.

Görüş avqustun 7-də Kluj-Napoka şəhərində yerləşən “ÇFR Kluj” stadionunda keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Əliyar Ağayev Avropa Liqası matçında

Növbəti yazı

Son “Tottenhem”i tərk edir