Elçin Məsiyev Çexiya – İngiltərə oyununda

Elçin Məsiyev Çexiya – İngiltərə oyununda

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb. O, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək Çexiya – İngiltərə oyununun baş hakimi olacaq.

Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını italiyalı Simone Sozza yerinə yetirəcək.

İyunun 12-də Dunayska Streda şəhərində yerləşən “DAC Arena”da keçiriləcək B qrupunun matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

ETOPAZ

Əvvəlki yazı

“Turan Tovuz”da kütləvi ayrılıq

Növbəti yazı

Günün kuponu – 11.06.2025