Elçin Məsiyev Avropa çempionatının final mərhələsinə təyinat alıb

Elçin Məsiyev Avropa çempionatının final mərhələsinə təyinat alıb

FIFA referisi Elçin Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb.

I kateqoriyaya malik təmsilçimizin hakimlər briqadasında Elşad Abdullayev və Pərvin Talıbov köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.

Avropa çempionatının final mərhələsi 11-28 iyunda 16 komandanın iştirakı ilə keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Hakimlərimizə beynəlxalq təyinat

Növbəti yazı

“Araz-Naxçıvan”dan Moldova millisinə