Elçin Məsiyevə növbəti təyinat
Azərbaycanın FIFA referisi Elçin Məsiyev 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Bosniya və Herseqovina (U-21) – Avstriya (U-21) qarşılaşmasının baş hakimi olacaq. Bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.
Qeyd edək ki, görüş sentyabrın 6-da Sarayevo şəhərində yerləşən “Grbavica” stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.