Elcan Hacıyev 1/8 finalda
Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo yarışları davam edir. Bu gün daha iki çəkidə mükafatçılar müəyyənləşəcək.
Azərbaycan kişilərin mübarizəsində təmsil olunur. Elcan Hacıyev 90 kq çəkidə qüvvəsini sınayıb. O, Olimpiadaya 1/16 finaldan başlayıb. Avropa çempionumuzun ilk rəqibi Mihael Zqanq (Türkiyə) olub. Hacıyev çətin qələbə sayəsində mərhələ adlayıb.
Qeyd edək ki, Azərbaycan cüdoçuları Paris-2024-də bir medal qazanıb. Hidayət Heydərov 73 kq çəkidə çempion tituluna yiyələnib.