El-Neni “Arsenal”dan gedir
Məhəmməd El-Neni “Arsenal”dan gedəcək. Yarımmüdafiəçi mövsümün sonunda İngiltərə klubundan ayrılmağa qərar verib.
Misir millisinin 29 yaşlı oyunçusu azad agent kimi özünə yeni klub axtaracaq. Müqaviləsi başa çatacaq El-Neni ilə klub arasında yeni anlaşma əldə olunmayıb.
2016-cı ildən “Arsenal”da çıxış edən afrikalı bir mövsüm “Beşiktaş”da icarədə olub. O, cari mövsümün 7 oyununda 1 assistə imza atıb.