“Əl-Nəsr”dən Liqa1-ə

“Əl-Nəsr”dən Liqa1-ə

“Əl-Nəsr”in futbolçusu Seko Fofana karyerasını Liqa1-də davam etdirəcək. Yarımmüdafiəçi “Renn”ə keçib.

Fransa klubu 29 yaşlı futbolçu ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. Fil Dişi Sahilindən olan Fofana 2023-cü ildə “Lans”dan “Əl-Nəsr”ə keçmişdi.

Qeyd edək ki, Fofana Asiya klubunda 19 oyunda 2 qol və 1 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 02.01.2025

Növbəti yazı

PSJ-dən Salaha cəlbedici təklif