“Əl-Nəsr”də yeni baş məşqçi

“Əl-Nəsr”də yeni baş məşqçi

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu yeni baş məşqçisinin adını açıqlayıb. Komanda Jorje Jezuşla müqavilə imzalayıb.

Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” Stefano Piolinin isteaya göndərilməsindən sonra 70 yaşlı mütəxəssislə əməkdaşlığa qərar verib. Səudiyyə Ərəbistanı Jezuşa yad məkan deyil.

O, bu ilin mayına kimi “Əl-Hilal”a başçılıq edib və iki mövsüm ərzində komandaya ölkə çempionluğu, iki Superkubok, bir kubok qazandırıb. “Əl-Nəsr” son mövsümdə çempionatı 3-cü pillədə başa vurub.

ETOPAZ

Əvvəlki yazı

Dembele hamıdan öndə

Növbəti yazı

“Araz-Naxçıvan” Ərzurumda uduzdu