“Əl Nəsr” “Mançester Yunayted”in futbolçularını istəyir
“Əl Nəsr” heyətinə daha 2 ulduz futbolçu qatmaq niyyətindədir. Klub “Mançester Yunayted”in oyunçuları ilə maraqlanır.
Səudiyyə Ərəbistanı təmsilçisi yarımmüdafiəçi Kasemiro və müdafiəçi Aaron Van-Bissaka üçün təklif hazırlayır. “Qırmızı şeytanlar” komandadakı bir neçə yüksək maaşlı oyunçu ilə yollarını ayırmağa hazırdır.