“El Klassiko”nun tarixi açıqlandı

“El Klassiko”nun tarixi açıqlandı

İspaniya La Liqasının X turunda “Real” və “Barselona” arasında keçiriləcək ilk matçın vaxtı açıqlanıb. Mövsümün ilk “El Klasiko”su 26 oktyabr tarixində baş tutacaq.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

“Santyaqo Bernabeu” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.

Qeyd edək ki, hazırda La Liqada 6 tur geridə qalıb. “Real” 18 xalla turnir cədvəlinə başçılıq edir. “Barselona” isə 5 oyunda 13 xal toplayıb.

ETOPAZ

Əvvəlki yazı

Yunanıstanda qolsuz heç-heçə

Növbəti yazı

“Liverpul”da ciddi itki