“El-klassiko”da sevinən tərəf “Real” oldu
Bu gün İspaniya La Liqasında “El-klassiko” baş tutub. “Real” “Barselona”nı qəbul edib.
Gərgin keçən qarşılaşmada sevinən tərəf ev sahibləri olub. Cud Bellinqemin 1 qol və 1 assistlə yadda qaldığı matçda “kral klubu” rəqibini 2:1 hesabı ilə məğlub edib.
İspaniya La Liqası
X tur
“Real Madrid” – “Barselona” – 2:1
Qol: K. Mbappe, 22, F. Lopez, 38, C. Bellinqem, 43












