“El-Klasiko”nun tarixi müəyyənləşdi
İspaniya La Liqasının “Real” – “Barselona” matçının vaxtı dəqiqləşib. 9-cu tura təsadüf edəcək “El-Klasiko” oktyabrın 16-da keçiriləcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:15-də başlayacaq. Matç Madriddəki “Santyaqo Bernabeu”da təşkil olunacaq.