“Əl-İttihad”da ayrılıq

“Əl-İttihad”da ayrılıq

“Əl-İttihad” klubu baş məşqçi Loran Blanla yollarını ayırıb.

Qərar komandanın ölkə çempionatının 4-cü turunda evdə “Əl-Nəsr”ə 0:2 hesabı ilə uduzmasından sonra verilib.

59 yaşlı fransız mütəxəssis 2024-cü ilin iyulunda “Əl-İttihad”ın sükanı arxasına keçmişdi. O, ilk mövsümündə komandanı həm ölkə çempionu, həm də Kral Kubokunun qalibi etmişdi. Yeni mövsümə ardıcıl üç qələbə ilə başlayan Ciddə təmsilçisi “Əl-Nəsr”lə oyunda Sadio Mane və Kriştianu Ronaldunun qollarına müqavimət göstərə bilməyib.

ETOPAZ

Əvvəlki yazı

17 ilin antirekordu

Növbəti yazı

“Vest Hem”in baş məşqçisi bəlli oldu