Ekvador qələbə ilə başladı
Dünya çempiontına start verilib. İlk gündə bir qarşılaşma baş tutub.
Açılış matçında meydan sahibi Qətər Ekvadorla üz-üzə gəlib. Oyun Enner Valensiyanın benefiti ilə yadda qalıb. Cənubi amerikalıların kapitanı 16-cı dəqiqədə öz qazandığı penaltini dəqiq yerinə yetirib. Bundan 15 dəqiqə sonra “Fənərbaxça”nın forvardı yenidən səhnəyə çıxıb – 2:0. Komandaların səylərinə baxmayaraq görüş bu hesabla başa çatıb.
Qeyd edək ki, qrupun digər matçı sabah keçiriləcək. Seneqal Niderlandla qarşılaşacaq.