Ekvador millisində ayrılıq
Amerika kubokunun 1/4 finalında Ekvador Argentina millisinə penaltilər seriyasında məğlub olub. Yenilgidən sonra komandada ayrılıq yaşanıb.
Yığmanın baş məşqçisi Feliks Sançes istefa verib. Bu barədə Ekvador Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
48 yaşlı ispaniyalı mütəxəssis 2023-cü ilin martından Ekvador millisinə rəhbərlik edirdi. O, 2017-2022-ci illərdə Qətər yığmasını çalışdırıb.