Ekitikeyə Premyer Liqadan müştəri
“Ayntraxt”ın hücumçusu Uqo Ekitike karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Fransalı futbolçu ilə 4 klub maraqlanır.
“Liverpul”, “Arsenal”, “Mançester Yunayted” və “Nyukasl Yunayted” forvardı transfer etmək istəyir.
Almaniya klubu 22 yaşlı hücumçu üçün 100 milyon avro tələb edir.