Ekitike “Yunayted”in hədəfində
“Mançester Yunayted” “Ayntraxt Frankfurt”un hücumçusu Uqo Ekitike uğrunda mübarizədə rəqiblərini qabaqlayır. İngiltərəlilər hazırda “Ayntraxt”la fransız futbolçu ilə bağlı danışıqlar aparan yeganə klubdur. Hücumçu özü də mankunianlılara qoşulmaq istəyir.
“Liverpul” və “Çelsi” də 22 yaşlı futbolçunun transferində maraqlıdır.
“Transfermarkt” Ekitikenin transfer dəyərini 75 milyon avro olaraq qiymətləndirsə də, “Ayntraxt” 100 milyon avro istəyir.