Edvardsdan rekordun təkrarı

Edvardsdan rekordun təkrarı

“Minessota”nın müdafiəçisi Entoni Edvards Stefen Karrinin rekordunu təkrarlayıb. “Timbervols”un basketbolçusu NBA-da mövsümün ilk 4 matçında 5 və ya daha çox üçlük yerinə yetirib.

Edvards “Los-Anceles”, “Sakramento” və “Toronto”la qarşılaşmada 5, “Dallas”la görüşdə isə 7 dəfə uzaq məsafədən səbəti dəqiq nişan alıb.

Qeyd edək ki, “Minessota” mövsümün ilk 4 oyununda 2 qələbə qazanıb, 2 dəfə uduzub.

ETOPAZ

Əvvəlki yazı

Volkan Demirelin yeni klubu bəlli oldu

Növbəti yazı

Emrelidən Almaniyada növbəti qol