Edson Alvarez “Fənər”də
“Fənərbaxça” heyətini yeni oyunçu ilə gücləndirib. “Sarı-lacivərdlilər” “Vest Hem” forması geyinən Edson Alvarezi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi bir illik icarə əsasında İstanbul təmsilçisinin şərəfini qoruyacaq.
Futbolçu yeni komandasında 11 nömrəli formada çıxış edəcək.












