Ederson “Siti”nin hədəfində
“Mançester Siti” yayda heyətini gücləndirməyi planlaşdırır. “Şəhərlilər” “Atalanta”nın yarımmüdafiəçisi Edersonu transfer etmək niyyətindədir.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. A Seriyası klubu bu keçid üçün qarşı tərəfdən 50 milyon avro tələb edir.
Oyunçunu “Siti”dən başqa “Mançester Yunayted”də heyətinə qatmaq istəyir.