Ederson “Liverpul” yolunda

Ederson “Liverpul” yolunda

“Atalanta”nın yarımmüdafiəçisi Ederson komandanı tərk edə bilər. O, “Liverpul” maraq dairəsinə düşüb.

İtaliya klubunun futbolçusunu satmağa hazır olduğu qeyd edilir. “Qırmızılar” braziliyalı üçün 60 milyon avro təklif edib. Tərəflər arasında razılıq əldə edilib.

25 yaşlı yarımmüdafiəçinin Berqamo klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, 2022-ci il iyulun 6-dan “Atalanta”da çıxış edir. Ederson karyerası ərzində “Desportivo Brazil”, “Kruzeyro”, “Korintians”, “Fortaleza”, “Salernitana”da çıxış edib.

ETOPAZ

Əvvəlki yazı

“Sabah” və “Gəncə”dən qələbə

Növbəti yazı

Malkoma Premyer Liqadan müştəri