Dzyubanın yeni klubu bəlli oldu
Rusiya millisinin sabiq üzvü Artyom Dzyubanın yeni klubu məlum olub. 36 yaşlı hücumçu “Akron”a keçib.
Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. Dzyuba ilə 2024/25 mövsümünün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Artyom Dzyuba son olaraq Moskva “Lokomotiv”ində oynayıb.