Dzyuba “Adana Dəmirspor”da
“Adana Dəmirspor” heyətini yeni futbolçu ilə gücləndirib. Türkiyə təmsilçisi Artyom Dzyubanı transfer edib.
Klubun idman direktoru Gökhan Göktürk gün ərzində keçidin rəsmiləşəcəyinə inandıqlarını deyib. O, müqavilənin 1+1 illik nəzərdə tutulduğunu söyləyib. Dzyubanın Adana klubundakı illik maaşı 1,5 milyon avro olacaq.