Dzeko “Fiorentina” yolunda

Dzeko “Fiorentina” yolunda

“Fənərbaxça”dan ayrılan Edin Dzekonun yeni komandası bəlli olub. Bosniya və hersoqovinalı futbolçu karyerasını “Fiorentina”da davam etdirəcək.

39 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanacaq. Müddət mövsümün sonunda Dzekonun keçirəcəyi oyun sayından asılı olaraq, avtomatik uzadılacaq. O, Florensiya klubunda illik 2 milyon avro qazanacaq.

Qeyd edək ki, Edin İtaliyada əvvəllər “Roma” və “İnter” kimi komandaların da şərəfini qoruyub.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 17.06.2025

Növbəti yazı

Elçin Məsiyevə növbəti təyinat