Durantdan yeni göstərici
“Bruklin”in ulduz hücumçusu Kevin Durant yeni göstəriciyə imza atıb. O, komandasının “İndiana” ilə matçında (116:109) 36 xal toplayıb.
Durantın indi 25,754 karyera xalı var. O, NBA-da ən çox basket atanların siyahısında məşhur Vins Karteri (25,728) keçərək 19-cu sıraya yüksəlib.