Dürant “Hyuston”da

Dürant “Hyuston”da

NBA-nın ikiqat çempionu, yüngül forvard mövqeyində çıxış edən amerikalı Kevin Dürant “Finiks Sans” klubundan “Hyuston Rokets”ə transfer olunub.

Öz növbəsində, “Fikins” klubu Dillion Bruks, Ceylen Qrin, eləcə də 2025-ci il NBA draftının ilk raundunda 10-cu seçmə hüququnu və ikinci raundun beş seçim hüququnu əldə edib.

36 yaşlı Dürant dördqat Olimpiya çempionu (2012, 2016, 2020, 2024), həmçinin 2010-cu ildə Türkiyədə keçirilmiş dünya çempionatının qalibidir.

NBA-da 2007-ci ildə debüt edən Dürant bu müddət ərzində “Oklahoma Siti Tander”, “Qolden Steyt Varriors” və “Bruklin Nets” klublarında çıxış edib. O, 2023-cü ildən “Finiks”də oynayırdı.

ETOPAZ

Əvvəlki yazı

“Barselona”nın futbolçusuna təhdid

Növbəti yazı

“Yuventus”dan böyükhesablı qələbə