Duqlaz Luiz “Aston Villa”da
“Aston Villa” heyətini yeni futbolçu ilə gücləndirib. Birmingem təmsilçisi “Yuventus”un yarımmüdafiəçisi Duqlas Luizi icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı braziliyalı mövsümün sonuna qədər 2 milyon avro qarşılığında “Aston Villa”nın şərəfini qoruyacaq.
Müqavilədə futbolçunun 25 milyon avroya satınalma hüququ, həmçinin müəyyən şərtlər yerinə yetirildiyi halda 3,5 milyon avro məbləğində bonuslar nəzərdə tutulub.












