Dünyanın ən yaxşı klub məşqçisi açıqlandı

Dünyanın ən yaxşı klub məşqçisi açıqlandı

Dünyanın ən yaxşı klub məşqçiləri bəlli olub. Bu, İFFHS-in nümayəndələri arasında keçirdiyi səsvermə ilə müəyyənləşib.

“Real”ın baş məşqçisi Karlo Ançelotti 2024-cü ilin ən yaxşısı seçilib. İtaliyalı mütəxəssis 268 xal toplayıb.

“Bayer”in ispan çalışdırıcısı Xabi Alonso 104 xalla ikinci olub. Onun “Mançester Siti”də çalışan həmyerlisi Pep Qvardiola 88 xalla üçüncü yeri tutub.

2007-ci ildə “Milan”,  2014-cü və 2022-ci illərdə “Real”da bu mükafatı qazanan Ançelotti 4-cü dəfə dünyanın ən yaxşısı olub.

ETOPAZ

Əvvəlki yazı

Tarixdə 23-cü

Növbəti yazı

Diaşın durumuma aydınlıq gəldi