Dünyanın ən güclü liqaları
İFFHS milli çempionatların reytinq siyahısını açıqlayıb. Cədvəldə dünyanın 80 ən güclü liqası yer alıb.
Azərbaycan Premyer Liqası 349,25 xalla dünyada 41-cidir. Çempionatımız ötən illə müqayisədə 19 pillə irəliləyib.
Türkiyə çempionatı 2 pillə irəliləyişə nail olub. Superliqa 582,5 xalla 15-cidir.
Qeyd edək ki, siyahıya Braziliya başçılıq edir – 1181 xal.
1. Braziliya – 1181
2. İngiltərə – 1086
3. İspaniya – 967,5
4. Almaniya – 921,5
5. İtaliya – 866
6. Fransa – 855
7. Portuqaliya – 853,25
8. Niderland – 808,75
9. Argentina – 798,5
10. Paraqvay – 701