Dünya üçüncüsü
Braziliya millisi dünya çempionatlarının seçmə mərhələlərindəki məğlubiyyətsiz seriyasını 35-ə çatdırıb. Pentakampeonlar DÇ-2026-ya gedən yolda Boliviyanı 5:1 hesabı ilə darmadağın edib.
35 oyunluq seriya Cənubi Amerika rekordudur. Braziliyalılar dünyada 3-cü göstəriciyə malikdir.
Mütləq rekord İspaniyaya məxsusdur. 1993-2021-ci illərdə seçmə oyunda uduzmayan qırmızılar 66 matçlıq seriyaya imza atıb. 1934-1985-ci illərin məğlubedilməzi Almaniyanın aktivində 36 oyun var.