Dünya rekordu Messidə
Dünyanın ən uzun qol seriyaları açıqlanıb. İFFHS-in açıqladığı cədvəldə yüksək liqada ən azı ardıcıl 15 matçda qol vuran futbolçular yer alıb.
Dünya rekordu Lionel Messiyə məxsusdur. Argentinalı 2012-13-cü illərdə “Barselona”da keçirdiyi ardıcıl 21 oyunu qolsuz tərk etməyib.
Yozef Biscan 1939-40-cı illərdə Praqa “Slaviya”sında 19 matçda qol vurub. İlk “üçlüy”ü Yohan Kroyff qapayır. O, “Ayaks”ın 1966-cı ildəki 17 görüşünü fərqlənmədən tərk etməyib.
Qeyd edək ki, futbol tarixində 12 oyunçu 15 və ya daha çox çempionat matçında qolları sıralayıb.